Dəhşətli QƏZA: Avtobusla yanacaq daşıyan maşın toqquşdu – 12 ölü (FOTO)
Bizi izləyin

Dünya

Dəhşətli QƏZA: Avtobusla yanacaq daşıyan maşın toqquşdu – 12 ölü (FOTO)

Zambiyada dəhşətli yol qəzası baş verib.

Publika.az xarici mediaya istindən xəbər verir ki, ölkənin Solvezi və Çinqola şəhərləri arasından keçən magistral yolda 26 nəfərlik sərnişin avtobusu yanacaq daşıyan ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza zamanı 12 nəfər həlak olub, onlarla yaralı var. Yaralılardan bir neçəsinin vəziyyəti çox ağır olaraq qiymətləndirilir.

Yerli polis nümayəndəsi isə bildirib ki, avtobus sürücüsünün sərnişin daşımaq səlahiyyəti olmayıb.

Digər tərəfdən isə Zambiyada mövcud olan əksər magistral yollar standartlara cavab vermədiyi üçün ölkədə avtomobil qəzalarının sayı artıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm