Terror qruplaşması elan etdi: Türkiyə düşməndir!
Bizi izləyin

Dünya

Terror qruplaşması elan etdi: Türkiyə düşməndir!

“Əl-Qaidə”yə bağlı radikal “Eş-Şebab” terror təşkilatı Türkiyəni hədəf alıb.

Publika.az “Hurriyyət” nəşrinə istinadən xəbər verir ki, təşkilatın lideri Əhməd Diriye Türkiyənin “Somali xalqının düşməni” olduğunu söyləyib.

O, dünən dərc olunan 44 dəqiqəlik audiomüraciətində Somalidəki xarici sülhməramlıların ölkəni qarət etdiyini bildirib.

"Türkiyə hökuməti xalqın düşmənidir. Somali iqtisadiyyatı bu gün onların müdaxiləsi üzündən tamamilə çökməkdədir. Türkiyə bu ölkəni iqtisadi olaraq işğal edir. Somali iqtisadiyyatını idarə altına alan Türkiyənin tək istəyi Somali xalqının kasıb qalmasıdır”, - təşkilatın lideri deyib.

“Eş-Şebab”ın lideri Əhməd Abdi Godane 2014-cü ilin sentyabrında ABŞ tərəfindən təşkil edilən hava hücumunda öldürüldükdən sonra onu Əhməd Diriye əvəz edib. Bu, təşkilatın başına keçməsindən sonra onun ilk audiomüraciəti olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm