Almaniya hökumətindən ETİRAF: 100 min insanı öldürüldü
Bizi izləyin

Dünya

Almaniya hökumətindən ETİRAF: 100 min insanı öldürüldü

Almaniya hökuməti Namibiyada 1904-1908-ci illərdə Herero və Nama xalqlarına qarşı alman hərbiçiləri tərəfindən törədilən soyqırımı qəbul edib.

Publika.az “Frankfurter Rundschau” qəzetinə istindən xəbər verir ki, artıq Almaniya hökuməti soyqırıma görə Namibiyaya təzminat ödəməyə hazır olduğunu bəyan edib. Artıq sözügedən məsələ ilə bağlı Almaniya və Namibiya hökumət təmsilçiləri arasında danışıqlar aparılır.

Almaniya bundestaqının Sol Partiyasından olan deputatı Niema Movassat parlamentə təqdim etdiyi layihəsində də etiraf edib ki, 1904-ci ildə Herero və Nama xalqları müstəmləkəçi alman hərbiçilərinə qarşı mübarizə aparan zaman soyqırıma məruz qalıb.

Onun sözlərinə görə, bu soyqırım nəticəsində 100 mindən çox insan həlak olub. Deputat Niema Movassat hazırda sözügedən soyqırımla əlaqədar təzminat ödənilməsi üçün Almaniya və Namibiya hökumətləri arasında müzakirələr aparıldığını söyləyib.

O, bu müzakirələrin nəticələrinin ictimaiyyətə də açıqlanması barədə Almaniya hökumətinə çağırış da edib.

“Frankfurter Rundschau” qəzeti həmçinin yazır ki, Almaniya hökumətinin xüsusi nümayəndəsi Ruprecht Polenz ötən həftə bu məsələ ilə əlaqədar Namibiyada hökumət nümayəndələri ilə danışıqlar aparıb. Ancaq Almaniya hökuməti Namibiyaya təzminat ödənilməsi ilə bağlı aparılan danışıqların detallarını hələ ki, açıqlamır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm