“Çinin razılığı ilə 2010, 2011 və 2013-cü illərdə...” - SƏNƏD
Bizi izləyin

Dünya

“Çinin razılığı ilə 2010, 2011 və 2013-cü illərdə...” - SƏNƏD

ABŞ Konqresi Çini Federal Sığorta Agentliyinin kompüterlərinə hücumda ittiham edib.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Konqresin açıqladığı sənəddə qeyd edilir ki, Pekinin razılığından sonra hakerlər 2010, 2011 və 2013-cü illərdə idarənin kompüterlərinə daxil olub. “Hətta idarə rəhbərinin kompüteri hücumdan yayına bilməyib”, - sənəddə iddia edilir.

ABŞ ticarət, hərbi və siyasi informasiyaların oğurluğunda Çini dəfələrlə ittiham edib. Haker hücumları ilə mübarizənin ölçülərindən biri kimi Çinə qarşı sanksiyaların tətbiqi müzakirə edilirdi. 25 sentyabr 2015-ci ildə iki ölkənin liderləri internetdə cinayətkarların hücumlarına qarşı mübarizədə əməkdaşlıq üzrə müqavilə bağlayıb. Ancaq artıq növbəti gün ABŞ hakimiyyəti hücumların davam etdiyini bildirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm