• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Əsəd fikrini açıqladı: “Amerika prezidentlərinin əsas problemi...”

  • Dünya
  • 14 İyul 2016 11:53
  • 749 Baxış
Əsəd fikrini açıqladı: “Amerika prezidentlərinin əsas problemi...”

“Rusiyanın iştirakı Suriyada vəziyyəti dəyişdirdi”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd NBC telekanalına müsahibəsində bildirib.

“Mən nəyin Suriyada vəziyyəti dəyişdirdiyini soruşdum. O, tərəddüdsüz “Rusiya” cavabı verdi”, - Dəməşqdə Suriya liderindən müsahibəni götürən müxbir Bill Nili “Twitter”də yazıb.

Həmçinin Əsəd bildirib ki, ölkəsini terrorizm və xarici müdaxilədən müdafiə edən şəxs kimi tarixdə qalmağa ümid edir. Prezidentin sözlərinə görə, o, ölkənin bütövlüyünü və müstəqilliyini saxlamağa çalışır.

Bundan başqa, Suriya lideri hesab edir ki, xarici siyasətdə Amerika prezidentlərinin təcrübəsinin çatışmazlığı ABŞ-ın əsas problemidir.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR