“Yeni İpək Yolu” ideyası 126 il sonra - Rusiya və ABŞ birləşəcək?
Bizi izləyin

Dünya

“Yeni İpək Yolu” ideyası 126 il sonra - Rusiya və ABŞ birləşəcək?

Rusiya və ABŞ-ı tunellə birləşdirmək lazımdır.

Publika.az xəbər verir ki, bunu SİTA agentliyinə müsahibəsində 1969-cu ildən 1981-ci ilə qədər Alyaska ştatını Senatda təmsil edən Maykl Qreyvel deyib.

Siyasətçinin fikrincə, Rusiyanın Çukotka vilayəti və Alyaska ştatı arasında Berinq boğazının altı ilə yeraltı dəhlizin tikilməsi La-Manş boğazında tikilən tuneldən (1994-cü ildən Böyük Britaniya və Fransanı birləşdirir) daha çətin olmayacaq.

Qreyvel güman edir ki, Rusiya və ABŞ arasında yeraltı yolun uzunluğu təxminən 80 kilometr təşkil edəcək və nəticədə yeraltı yol dəmir yol şəbəkəsinə qoşulacaq. “Maqnit yastıqlar üzərində hərəkət edəcək qatarlar Kanadadan Alyaska vasitəsilə Rusiyaya, daha sonra “Yeni İpək Yolu” üzrə hərəkət edərdi”, - keçmiş senator bildirib.

Siyasətçi hesab edir ki, layihənin reallaşdırılması üçün 30 ildən 50 ilə qədər vaxt lazım olacaq. Onun fikrincə, tuneldən istifadə hər iki ölkəyə hiss olunacaq səviyyədə iqtisadi xeyir gətirəcək.

Qeyd edək ki, Avrasiya və Şimali Amerikanı nəqliyyat əlaqəsi ilə bağlamaq ideyasını ilk dəfə 1890-cı ildə Kolorado ştatının qubernatoru Uilyam Qillin səsləndirib. İdeya Amerika dəmir yolu maqnatı Edvard Henri Qarrimanın xoşuna gəlib. O, hətta Şərqi Sibirdə dəmir yollarını tikməyi planlaşdırırdı və bunun üçün “Trans Alyaska-Sibir” səhmdar cəmiyyəti yaradılmışdı. Amma Rusiya hökuməti layihə üçün torpaq ayırmaqdan imtina edir və nəticədə şirkət müflis olur.

1960-cı illərdə isə Amerika mütəxəssisləri tunel vasitəsilə SSRİ və ABŞ-ın energetika sistemlərini birləşdirməyi təklif etdilər.

Alyaska 1867-ci il 30 mart tarixində Rusiya tərəfindən ABŞ-a 7,2 milyon dollara satılıb. Satışın məbləği 2011-c ilin məzənnəsi ilə 110 milyon dollar edir. Alyaskanın satılmasından 30 il sonra orada qızıl yataqları aşkarlanır və məşhur “qızıl dövrü” başlanır.

XX əsrdə isə Alyaskada ümumi ehtiyatları 100-180 milyard dollar təşkil edən böyük neft və qaz yataqları aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm