Kiyev Moskvanın iddialarını rədd etdi
Bizi izləyin

Dünya

Kiyev Moskvanın iddialarını rədd etdi

Kiyev Moskvanın iddialarını rədd etdi

“Sağ sektor" və ABŞ-ın xüsusi təyinatlı dəstəsi Xarkov, Donetsk və Luqansk vilayətlərinin dövlət administrasiyası binalarının azad olunmasına cəlb edilməyib”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna Prezident Administrasiyasının başçısı Sergey Paşinski Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatı şərh edərkən deyib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Ukraynanın milliyyətçi “Sağ sektor” təşkilatının fəalları və ABŞ-dan gətirilən 150-yə qədər xüsusi təyinatlı muzdlunun Xarkov, Donetsk və Luqansk vilayətlərinin dövlət administrasiyası binalarının azad olunmasına cəlb edildiyi iddia olunub.

“Mən məsuliyyətlə bildirirəm ki, “Sağ sektor”un heç bir üzvü, o cümlədən ABŞ xüsusi təyinatlısı nə Xarkov, nə Donetsk, nə də Luqanskdadır”, - S.Paşinski deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm