Ərdoğan: “Bu məsələni Azərbaycanda da müzakirə etdik”
Bizi izləyin

Dünya

Ərdoğan: “Bu məsələni Azərbaycanda da müzakirə etdik”

Ərdoğan: “Bu məsələni Azərbaycanda da müzakirə etdik”

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra ilk dəfə Ədalət və İnkişaf Partiyasının qrup toplantısında millət vəkillərinə müraciət edib.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir Azərbaycana səfəri zamanı “paralel yapı” adlandırdığı Fətullah Gülən icması ilə mübarizə məsələsinin müzakirə olunduğunu açıqlayıb.

“Azərbaycanda da bu məsələni müzakirə etdik. Bu paralel quruluşun pul toplamasına icazə verməyəcəyik. Təhdid altında olan hər kəsin qorxmadan, çəkinmədən bunları bizimlə paylaşmasını istəyirik.

Namuslular da namussuzlar qədər cəsarətli olmadığı halda müvəffəqiyyət qazana bilmərik. Təşkilat liderinin bir müəllim, bir alim deyil, bir holdinq rəhbəri olduğu açıq şəkildə ortadadır”, - Türkiyə baş naziri söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm