NATO-nun kabusu Krıma göndərilir – Kremldən ŞOK QƏRAR
Bizi izləyin

Dünya

NATO-nun kabusu Krıma göndərilir – Kremldən ŞOK QƏRAR

S-400 “Triumf” zenit-raket kompleksinin yeni alayı avqustda sınaqlardan sonra Krıma göndəriləcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin 31-ci diviziyasının 18-ci zenit-raket alayının komandir müavini polkovnik-leytenant Yevgeni Oleynikov bildirib.

Onun sözlərinə görə, S-400 “Triumf” zenit-raket komplekslərinin yeni alayı 18-ci zenit-raket alayının təchizatı üçün dövlət sifarişi üzrə “Almaz-Antey” konserni tərəfindən istehsal edilib.

S-400 ”Triumf" zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu raketlər 400 kilometr məsafədə istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400" kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm