Nitsa terrorçusunun adı açıqlandı - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Nitsa terrorçusunun adı açıqlandı - SON DƏQİQƏ

Fransanın Nitsa şəhərində 84 nəfərin öldüyü, 100-dən çoxunun yaralandığı hücumu həyata keçirən terrorçunun kimliyi məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onun Tunis mənşəli 31 yaşlı Məhəmməd Buhlel olduğu bildirilir.

Fransanın AFP xəbər agentliyi yazıb ki, şəxsiyyəti müəyyən edilməsinə baxmayaraq, polis terrorçunun adını hələ açıqlamayıb. Ancaq yerli mətbuat onun adının Məhəmməd Buhlel olduğunu yazıb.

985-ci ildə doğulan Tunis mənşəli fransız (adı açıqlanmayıb – red.) daha əvvəllər silah daşıma və başqa cinayətlərə görə məsuliyyətə cəlb edilib. Lakin bu cinayətlər terrorizmlə bağlı olmayıb.

Onun polis atəşi ilə öldürüldüyü, yoxsa intihar etdiyi cəsədinin yarılmasından sonra məlum olacaq.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm