Avstraliyada insan yerinə robot-çoban gəlir - VİDEO
Bizi izləyin

Dünya

Avstraliyada insan yerinə robot-çoban gəlir - VİDEO

Avstraliyanın Sidney universitetində istənilən ərazidə gəzə bilən, heyvanları bir qrupa yığıb, qovalaya bilən “Swagbot” adında robot-çoban hazırlanıb.

Avropa.info xəbər verir ki, ilin sonuna kimi robot-çobana xəstə heyvanları sağlamlardan ayırmaq, onları müalicəyə göndərmək öyrədiləcək. “New Scientist” jurnalı yazır ki, ilkin sınaqlar robotun öz vəzifəsinin öhdəsindən gəldiyini göstərib.

Robot qeyri-adi texniki qərarları verməklə fərqlənir. Təkərlər üzərinə quraşdırılmış robot qısa vaxt ərzində hərəkət istiqamətini dəyişə bilir və çətin keçilən yerləri keçə bilir.

“Swagbot” internet əlaqəsi saxlamaq üçün modemlər, yüksək ölçülü kamera ilə, 4 elektrik motorla təchiz edilib. Düz yerdə saatda 15-20 km gedə bilir.

Robot-çoban nəinki qoyun sürüsünü, at ilxısını da bir yerə yığa bilir. Heyvanlar kiber çobana qəribə tərzdə baxsalar da, o yaxınlaşanda qorxurlar. Bu isə imkan verir ki, robot qoyunları qruplara ayırsın.

Hal-hazırda “Swagbot”a istilik kameraları müəyyən edən kamera quraşdırırlar ki, o qızdırmalı qoyunları sürüdən ayıra bilsin və yaxınlıqdakı tibb məntəqəsinə göndərsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm