• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Nitsa terrorçusunun şəkli ortaya çıxdı - FOTO

  • Dünya
  • 15 İyul 2016 21:35
  • 571 Baxış
Nitsa terrorçusunun şəkli ortaya çıxdı - FOTO

Fransada terror hücumunu təşkil edən Tunis əsilli Məhəmməd Buhlelin fotoşəkli ortaya çıxıb.

Publika.az xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzetinə danışan əmisi oğlu Buhlelin həyatı ilə bağlı bəzi şeylər danışıb.

O, əmisi oğlunun heç zaman məscidə getmədiyini, donuz əti yediyini, spirtli içkilər içdiyini və narkotikdən istifadə etdiyini söyləyib. Əmisi oğlu üç uşaq atası olan Buhlelin cihadçıları sevmədiyini və keçmiş həyat yoldaşını da tez-tez döydüyünü deyib.

“Buhlel bir müsəlman deyildi, o, bir xəstə idi”, - o, bildirib.

Qonşularının sözlərinə görə, Buhlel namaz qılmayan, dindən daha çox qadınlarla maraqlanan biri idi. Onlar yük avtomobilin sürücüsü olan və son vaxtlar maddi sıxıntılarla üzləşən Buhlelin boşanandan bu yana depressiyada olduğunu deyib. Qonşuları bildirib ki, ötən günlərdə sükan arxasında yatan Buhlel qəza törətmişdi.

Sebastyan adlı bir qonşusu da deyib ki, Buhlel dindar birinə bənzəmirdi.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>