Pekin “qaynar nöqtə”də üzən Atom Elektrik Stansiyaları tikir
Bizi izləyin

Dünya

Pekin “qaynar nöqtə”də üzən Atom Elektrik Stansiyaları tikir

Çin Cənubi Çin dənizində mübahisəli adaların ətrafında üzən Atom Elektrik Stansiyaları tikəcək.

Publika.az xəbər verir ki, bu haqda Nüvə Energetikası üzrə Milli Korporasiyaya istinadən “The Global Times” nəşri bildirir.

Pekinin planına görə, üzən Atom Elektrik Stansiyaları mübahisəli adalar üçün fasiləsiz elektrik enerjisi mənbəyi olacaq.

Qeyd edək ki, iyunun 12-də Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Çinin Cənubi Çin dənizindəki adalar üzərində “tarixi hüquqa” malik olmadığına dair qərar verib. Qərara görə, Çin faktiki olaraq Filippinin hüquqlarını pozur.

Pekində qərarı tanımadığını bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm