Ərdoğan: “Qaldığım yeri bombalayıblar”
Bizi izləyin

Dünya

Ərdoğan: “Qaldığım yeri bombalayıblar”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanında ölkədəki hərbi çevriliş cəhdi ilə əlaqədar bəyanat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident vətənə xəyanət edənlərin bunun əvəzini çox ağır şəkildə ödəyəcəklərini bildirib.

“Biz bu müqəddəs işə başımızı qoymuşuq. Bu yola kəfənlə çıxmışıq. Mən Marmarisdə idim. Oradan ayrıldıqdan sonra qaldığım yeri bombalayıblar. Siz bizim əsgərimizsiniz. Millətin silahları ilə milləti vururlar. Sizə verilən silahlarla millətimizi nişan alsanız, əvəzini ödəyəcəksiniz. Ordumuz təmizdir, silahlı qüvvələrimizin tərtəmiz adına ləkə gətirilməməlidir”, - Ərdoğan deyib.

Dövlət başçısı həbslərin başlandığını və bunun davam edəcəyini söyləyib.

“Biz vəzifəmizin başındayıq. Sonuna qədər bu missiyamızı yerinə yetirəcəyik. Sonu yaxşı olacaq”, - Türkiyə prezidenti vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm