• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İŞİD döyüşçüləri üçün “gəlin” axtaran sayt bağlandı

  • Dünya
  • 16 İyul 2016 08:06
  • 687 Baxış
İŞİD döyüşçüləri üçün “gəlin” axtaran sayt bağlandı

Rusiya Baş prokurorluğu İŞİD terror qruplaşmasının döyüşçüləri üçün gəlin axtarışı ilə məşğul olan internet resursunu bloklayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.

Baş prokurorluqdan bildirilib ki, resursda yerləşdirilən elanlarda “mücahidlər” üçün ərə getmək və potensial “adaxlılar”la tanış olmaq təklif edilirdi. Məlumata görə, bəzi hallarda İŞİD döyüşçüləri özlərinə ikinci arvadı seçirdilər.

Elanlarda İŞİD döyüşçülərinə ərə getməyə razılıq verən qızlara Suriyaya göndərilməsində kömək təklif edilirdi.

Prokurorluq saytın ünvanını göstərməyib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>