“Lragir”: “Bu isə Azərbaycan və Ermənistanı sevindirəcək”
Bizi izləyin

Dünya

“Lragir”: “Bu isə Azərbaycan və Ermənistanı sevindirəcək”

“Lragir”: “Bu isə Azərbaycan və Ermənistanı sevindirəcək”

Ermənistan hakimiyyəti Metsamor Atom Elektrik Stansiyanın istismar müdətini uzatmaq niyyətindədir. Stansiyanın istismar müddəti 2016-cı ildə başa çatır. Stansiyasının istismar müddətinin uzadılması üçün isə Ermənistan Rusiyadan vəsait almaq istəyir. Lazım olan məbləğin təxminən 300 milyon dollar olduğu bildirilir.

Publika.Az – ın verdiyi xəbərə görə, Ermənistanın “Lragir” qəzeti Moskvanın Ermənistana yardım etmək arzusunda olmadığını yazıb.

Erməni nəşri bunu Ukrayna ilə bağlı siyasətinə görə, Rusiyanın nüvə sahəsinə tətbiq olunan sanksiyalarla izah edir. Xatırladaq ki, ABŞ Rusiyanın nüvə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə işlərin maliyyələşdirilməsini dayandırıb. ABŞ 1993-cü ildən başlayaraq, Rusiyanın nüvə obyektlərində müasir siqnalizasiya sisteminin qurulması üçün 1,6 milyard dollar xərcləyib. Müasir siqnalizasiya sistemləri həmçinin hərbi dəniz donanmasının 50 obyektində qurulub.

“Əgər Rusiya öz nüvə obyektlərini müdafiə etmək vəziyyətində deyilsə və bu işə ABŞ-ı cəlb edirsə, o halda Ermnistanda bununla necə məşğul olacaq? Ermənistan Atom Elektrik Stansiyasının müdafiəsi işinin Rusiyaya ötürülməsi barədə qərar Serj Sarkisyanın 3 Sentyabr tarixində Moskvaya etdiyi səfərdə verilib və Vladimir Putinin 2 Dekabrda Yerevana səfərində təsdiqlənib”, - “Lragir” yazıb.

Qeyd edək ki, Ermənistan hökuməti 3 Sentyabr tarixindən dərhal sonra istifadə olunmamış nüvə xammalının ixracı lizenziyasını Rusiyaya verdi. Mətbuat isə iddia etdi ki, bu xammal qeyri-qanuni hədəflər üçün istifadə oluna bilər.

Erməni qəzeti yazır ki, Vaşinqton nüvə qaçaqmalçılığı ilə mübarizədə Yerevana əməkdaşlıq təklif etdiyini bəyan edib. Qəzet Ermənistan hakimiyyətinin cavabının da təxmin etməyin asan olduğunu qeyd edib:

“Ermənistan hakimiyyəti Rusiyanın bütün qadağaları ilə razılaşaraq susur. Rusiya Ermənistana edilən bütün təkliflərə qadağa qoyur. Bu həm İran qazına, həm Avropanın gömrük güzəştlərinə, həm də nüvə təhlükəsizliyinə aiddir. Rusiya faktiki olaraq, Ermənistanın Atom Elektrik Stansiyasının yeni blokunun tikintisi barədə Fransanın 2011-ci ildə etdiyi təklifi geri çevirdi. Hazırda isə Ermənistan stansiyasının köhnə bloklarının da işinin uzadılması imkanını əldən verir”.

“Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması üçün Rusiyadan təxminən 300 milyon dollar kredit almağa hazırlaşır. Əgər Moskva bu pulu verməyəcəksə və ya bunun üçün qəbuledilməz şərtləri irəli sürəcəksə, artıq 2016-cı ildə stansiya bağlanacaq. Bu isə Rusiya qazına tələbatı yüksəldəcək və Türkiyə ilə Azərbaycanı sevindirəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm