Həbs edilən qiyamçı general DANIŞDI
Bizi izləyin

Dünya

Həbs edilən qiyamçı general DANIŞDI

Türkiyədə saxlanılan sabiq Hava Qüvvələri komandanı, general Akın Öztürk açıqlama verib.

Publika.az xəbər verir ki, Öztürk mediaya göndərdiyi yazılı açıqlamada Ali Hərbi Şura üzvü olaraq qiyam zamanı Baş Qərargah rəisi general Hulusi Akarın yanında olduğunu və onunla birlikdə hərəkət etdiyini açıqlayıb.

"Demokratiyanı hədəfə alan bu çevriliş cəhdinin heç bir mərhələsində iştirak etmədim. Ölkəmizin bu qiyamdan ən az zərərlə çıxması üçün əlimdən gələni etdim. Hərbi Hava Qüvvələri komandani general Abidin Ünalın tapşırığı ilə qiyamçılarla əlaqə saxlayaraq yanlış yoldan dönmələrini rica etdim", - general əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm