İncirlikdə əməliyyat: bir neçə hərbçi saxlanılıb
Bizi izləyin

Dünya

İncirlikdə əməliyyat: bir neçə hərbçi saxlanılıb

Türkiyədəki “İncirlik” hərbi aviabazasında keçirilmiş əməliyyat zamanı çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinən bir neçə hərbçi saxlanılıb.

“Reuters” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı bazanın fəaliyyəti dayandırılmayıb.

Çavuşoğlu əlavə edib ki, əməliyyatdan sonra Türkiyə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birlikdə İŞİD-lə mübarizədə iştirakını davam etdirmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm