Türkiyədə daha 1 general və 51 hərbçi həbs edildi
Bizi izləyin

Dünya

Türkiyədə daha 1 general və 51 hərbçi həbs edildi

Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhddə ittiham olunan Dənizli Qarnizonunun və 11-ci Kommando Briqadasının komandiri, general-mayor Özhan Özbəkir və daha 51 hərbçi saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi xəbər yayıb. Saxlanılanların yüksək rütbəli hərbçilər olduğu bildirilir.

Agentliyin məlumatına görə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar həbs olunmuş 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm