2 mərtəbəli yaşayış binasında yanğın – 9 ölü
Bizi izləyin

Dünya

2 mərtəbəli yaşayış binasında yanğın – 9 ölü

Rusiyanın Yamal yarımadasında baş vermiş yanğın zamanı 9 nəfər ölüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Lapıtnanqinin Kiyev mikrorayonunda yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 9-u həlak olub. Ölənlərdən 2-i uşaqlardır. Xəsarət alımış bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş vermiş binadan 2-i uşaq olmaqla ümumilikdə 23 nəfər təxliyə edilib.

Faktla əlaqədar cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm