7 polis girov götürüldü - ERMƏNİSTANDA
Bizi izləyin

Dünya

7 polis girov götürüldü - ERMƏNİSTANDA

Yerevanda silahlı şəxslər 7 polisi girov götürüblər.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ermənistanda baş qaldıran qiyamla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanat yayıb:

“Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bundan əvvəl bildirilirdi ki, silahlı qrup radikal müxalif “Yeni Ermənistan” İctimai xilas cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Bölmə istiqamətində olan bütün ətraf ərazilər mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilir.

Jurnalistlərin mühasirəyə alınmış əraziyə girişinə icazə verilmir. Polis heç bir şərh vermir, rəsmi bəyanatı gözləməyə çağırır.

Hər iki tərəfdən yaralıların olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm