ABŞ Fətullah Gülənə görə Türkiyəyə xəbərdarlıq edib
Bizi izləyin

Dünya

ABŞ Fətullah Gülənə görə Türkiyəyə xəbərdarlıq edib

ABŞ, Fətullah Gülənin baş tutmayan hərbi çevriliş səbəbilə ictimai şəkildə ittiham edilməsinə görə Türkiyəyə xəbərdarlıq edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, ABŞ belə ittihamların münasibətlərə zərərli olduğunu bildirib. Dövlət Katibi Cohn Kerri bu sözləri Türkiyənin əmək nazirinin ABŞ-ın çevrilişin arxasında durmasını iddia etməsindən sonra söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan ABŞ-da yaşayan türkiyəli din xadimi Fətullah Gülənin ekstradisiyasını tələb edib.

Cənab Gülen Pensilvaniyada, öz evində jurnalistlərə bildirib ki, o, 15 ildən artıqdır ki, Türkiyədən uzaqdadır və hətta Türkiyədə davamçılarınən da kim olduğunu bilmir.

Cümə günü gecəsi Türk Silahlı Qüvvələrindən bir qrup İstanbulda əsas körpülərdə nəqliyyatı dayandıraraq və Ankarada parlamentin binasına hücum edərək çevrilişə cəhd edib.

Hökumət bildirib ki, hadisə nəticəsində 161 dinc sakin və 104 "sui-qəsdçi" ölüb, 1440 nəfərdən çox insan xəsarət alıb.

Təxminən 3000 hərbçi saxlanılıb və şənbə günü hökümət öz hakimiyyətini təsdiq edərək 2700 hakimi istefaya göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm