İrəvanda qiyam davam edir - VİDEO (YENİLƏNİR)
Bizi izləyin

Dünya

İrəvanda qiyam davam edir - VİDEO (YENİLƏNİR)

Ermənistanda silahlı qrupun ələ keçirdiyi polis binasında saxlanılan girovlardan biri də azad olunub.

Publika.az
xəbər verir ki, girov polislə silahlılar arasında aparılan danışıqların nəticəsində buraxılıb.

Qeyd edək ki, hazırda silahlıların əlində 4 girov qalır.

***

11:47

Ermənistanda polis bölməsini ələ keçirən silahlı dəstəni zərərsizləşdirmək üçün güc yoluna əl atıla bilər.

Publika.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Nazirliyi silahlı şəxslərlə aparılan danışıqların uğursuz olduğunu açıqlayıb.

“İyulun 18-də aparılan danışıqlar nəticəsində iki girov azadlığa buraxıldı. Lakin silahlı qrup digər girovları buraxmaqdan imtina edir. Girovlar arasında yüksək vəzifəli polis əməkdaşları da var. Razılığa gəlinmək üçün bütün mümkün vasitələrə əl atılır, lakin mövcud şərtlərdə sülh mümkünsüz görünür. Biz silahlı qruplaşmanı cinayət əməllərindən çəkinməyə dəvət edirik. Silahlı qarşıdurma yeni qurbanların olması ilə nəticələnə bilər. Buna görə də sülh üçün hələki vaxt var”, - deyə bildirilir.

***

11:06

Ermənistanda polis binasının tutan silahlı qrup bir girovu azad edib.

Publika.az xəbər verir ki, silahlılar bunu yaxşı niyyətin əlaməti olduğunu vurğulayıblar.

Hazırda onların əlində 5 polis var. Polis rəisləri Varten Yeqiazaryan və Valeri Osipyan da girovların arasındadır.

Ermənistanda polis binasını ələ keçirən qiyamçılar bu gün bir polislə yanaşı, təcili yardım maşınının sürücüsünü də azad ediblər.

***

10:28

Ermənistanda İrəvanın Erebuni rayonunda silahlı şəxslərin polis patrul alayını ələ keçirməsi ilə əlaqədar saxlanılanlardan 50 nəfəri azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, Ermənistan ombudsmanın aparatının əməkdaşları polis bölmələrinə baş çəkərək, saxlanılanlarla görüşürlər. Onların saxlanılma səbəbləri araşdırılır.

Azadlığa buraxılanlar arasında siyasi fəallar David Sanasaryan, Andria Qukasyan və Şaen Artünyan da var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm