Gürcüstanda da atəş açıldı
Bizi izləyin

Dünya

Gürcüstanda da atəş açıldı

Tiflisdə Ədliyyə Nazirliyinin Cəzaların icrası Milli Bürosunun həyətində atışma olub.

Publika.az xəbər verir ki, bu haqda Gürcüstan KİV-i bildirib.

Büronun mətbuat xidmətindən bildiriblər ki, hadisənin qurumla heç bir əlaqəsi yoxdur. İdarənin həyətində olan iki kənar şəxs bir-birinə odlu silahdan atəş açıblar. Məlumatına görə, yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polis əməkdaşları işləyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm