Sarkisyan Qarabağ məsələsində mövqeyinə görə Türkmənistana minnətdarlıq etdi
Bizi izləyin

Dünya

Sarkisyan Qarabağ məsələsində mövqeyinə görə Türkmənistana minnətdarlıq etdi

Sarkisyan Qarabağ məsələsində mövqeyinə görə Türkmənistana minnətdarlıq etdi

“Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququ danılmazdır. Ermənistan bizim üçün ən əhəmiyyətli məsələdə anlayışa və bitərəf mövqeyinə görə Türkmənistana minnətdardır”.

Publika.Az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Türkmənistanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin prezidenti Qurbanqulı Berdımuhəmmədovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Ermənistan prezidenti ölkələr arasında əmtəə dövriyyəsinin az olmasına baxmayaraq, əməkdaşlığın yaxşı təcrübəsinin olduğunu dilə gətirib. O, səfərin nəticəsi olaraq bir sıra sənədlərin imzalandığını bildirib.

S.Sarkisyan Q.Berdiməhəmmədovu Ermənistana dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm