Fəthullah Gülənə görə adını dəyişdirmək istəyir
Bizi izləyin

Dünya

Fəthullah Gülənə görə adını dəyişdirmək istəyir

Türkiyənin İzmit şəhərində 26 yaşındakı Fəthullah Üçüncü adını dəyişdirmək üçün məhkəməyə müraciət edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Fəthullah Gülən ilə eyni adı daşımaqdan utandığını söyləyib.

İzmitdə çay evi işlədən Fəthullah Üçüncü adının “Xəlil Efe Üçüncü” olaraq dəyişdirilməsini istəyib.

Qeyd edək ki, rəsmi Ankara iyulun 15-də edilən hərbi çevrilişə cəhddə Fəthullah Güləni ittiham edir. Gülən hazırda ABŞ-da yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm