General etiraf etdi: Çevriliş planı açıqlandı
Bizi izləyin

Dünya

General etiraf etdi: Çevriliş planı açıqlandı

Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürk hərbi çevriliş etmək istədiyini etiraf edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Öztürk bu barədə prokurorluğa verdiyi ifadəsində bildirib.

Qeyd edək ki, Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin Akın Öztürk ilə kürəkəni polkovnik -leytenant Hakan Karakuş tərəfindən hazırlandığı üzə çıxıb.

Ordu generalı Akın Öztürk, Hava Qüvvələri Komandanlığına Balyoz əməliyyatı zamanı bir çox komandanın həbs olunmasının ardından 2013-ci ildə gətirilmişdi. İki il komandanlıq etdikdən sonra 2015-ci ilin avqustunda onun yerinə ordu generalı Abidin Ünal təyin olunub. Ordu generalı Öztürk bir il idi ki, Ali Hərbi Şuranın üzvü kimi fəaliyyətini davam etdirirdi, bu ilin avqust ayının 30-da təqaüdə çıxmalı idi.

Hərbi çevriliş cəhdi uğurlu alınacağı halda Akın Öztürk Baş qərargah rəisi olmalı idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm