Sibirdə 800 yaşlı uşaq tapıldı - FOTO
Bizi izləyin

Dünya

Sibirdə 800 yaşlı uşaq tapıldı - FOTO

Sibirin Salexard qəsəbəsində tapılan mumiya insanın qədim dövrdəki yaşayışı ilə bağlı qaranlıq məqamları işıqlandırıb.

Axar.az xəbər verir ki, mumiyanın orqanları üzərində aparılan araşdırmalar onun 6-7 yaşlı bir uşağa aid olduğunu göstərib.

Arxeoloqların mislə örtülü bir sandığın içində tapdığı mumiya bir məzardan çıxarılıb. Rus elm adamları 800 yaşı olan uşaq mumiyasının müasir dövrdəki genetik qohumlarını axtarmağa başlayıb. Cənubi Sibirdə yaşayan 3 yerli qəbilədən DNA nümunələri götürülərək mumiya ilə qarşılaşdırılıb.

Elm adamları mumiya üzərində aparılan araşdırmaların 800 il əvvəl insanın necə yaşaması və nə ilə qidalanması ilə bağlı önəmli tarixi qaynaq olacağını düşünürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm