Ukrayna böhranı: Moskvadan Kiyevə, NATO-dan Moskvaya sərt xəbərdarlıq
Bizi izləyin

Dünya

Ukrayna böhranı: Moskvadan Kiyevə, NATO-dan Moskvaya sərt xəbərdarlıq

Ukraynanın hüquq-mühafizə orqanları ölkənin şərqindəki Rusiya yönümlü etirazçılara qarşı geniş miqyaslı əməliyyata başlayıb.

Ukraynanın hüquq-mühafizə orqanları ölkənin şərqindəki Rusiya yönümlü etirazçılara qarşı geniş miqyaslı əməliyyata başlayıb.

Publika.az xəbər verir ki, bölgədə hər dəqiqə artan gərginliyə görə Moskva Kiyevə, NATO isə Moskvaya sərt xəbərdarlıq edib.

Təhlükəsizlik qüvvələri Xarkov və Donetsk şəhərlərində etirazçıların tutduğu dövlət binalarını boşaldıb. 70-dən çox adam həbs edilib.

Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov bildirib ki, əməliyyatlar zamanı etirazçıların odlu silahdan istifadə etməsi nəticəsində üç polis əməkdaşı yaralanıb.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevi rus əhaliyə qarşı güc tətbiqindən çəkinməyə çağırıb. Nazirliyin bəyanatında qeyd olunur ki, güc tətbiqi ölkədə vətəndaş müharibəsinə səbəb olacaq. Rusiya isə buna seyirçi qalmayacaq.

Ukraynanın şərqindəki gərginliklə əlaqədar NATO-nun baş katibi Anders Foq Rasmussen qeyd edib ki, Rusiyanın bu ölkəyə növbəti dəfə hərbi müdaxiləsi böyük səhv olacaq.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm