Türkiyə Silahlı Qüvvələrindən dövlət çevrilişi cəhdi ilə bağlı yeni BƏYANAT
Bizi izləyin

Dünya

Türkiyə Silahlı Qüvvələrindən dövlət çevrilişi cəhdi ilə bağlı yeni BƏYANAT

Türkiyə Silahlı Qüvvələri (TSK) iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhdlə əlaqədar bəyanat yayıb.

Publika.az Türkiyə mediasına istindən xəbər verir ki, bəyanatda “FETÖ” adlanan terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısının iyulun 17-də günorta saatlarında tam alındığı qeyd olunur.

Bəyanatda həmçinin deyilir ki, hazırda Türkiyə Silahlı Qüvvələrində nəzarət tam ələ keçirilib: “Bu hadisənin Türkiyə Silahlı Qüvvələrinin böyük əksəriyyəti ilə əlaqəsi yoxdur. Bu xain plan Silahlı Qüvvələrin içərisində yerləşmiş terror qrupu tərəfindən törədilib. Ancaq türk xalqı əmin olsun ki, Türkiyə Cümhuriyyətinə, Silahlı Qüvvələrə və türk millətinə bu rəzaləti, zülmü yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm