Qiyamçıların “edam siyahısı” ələ keçirildi – ŞOK SƏNƏDLƏR
Bizi izləyin

Dünya

Qiyamçıların “edam siyahısı” ələ keçirildi – ŞOK SƏNƏDLƏR

Türkiyədə hərbi çevriliş cəhdindən sonra Respublika Baş Prokurorluğu tərəfindən icra edilən istintaq çərçivəsində 70 hakim və prokurorun saxlanılması barədə qərar verilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu günə qədər 52 hakim və prokuror saxlanılıb.

İfadələrinin alınmasından sonra məhkəmə qarşısına çıxarılan hakim və prokurorlardan 34-ü həbs olunub, 8-i sərbəst buraxılıb. Daha 10 şübhəli hakim və prokurorla bağlı istintaqın hələ davam etdiyi bildirilir.

Aparılan istintaq zamanı şübhəli hakim və prokurorların hərbi çevriliş hazırlığı ilə əlaqədar görüşdükləri müəyyənləşdirilib. Adanada aparılan axtarışlar zamanı isə tükürpərdici sənədlər ortaya çıxıb. Bu sənədlərin bəzilərində həbs olunacaq, bəzilərində isə edam olunacaq şəxslərin olduğu siyahılar yer alıb. Bu siyahılarda kimlərin olduğu barədə məlumat verilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm