İrəvanda toqquşma: dörd polis əməkdaşı yaralanıb
Bizi izləyin

Dünya

İrəvanda toqquşma: dörd polis əməkdaşı yaralanıb

İrəvanda silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında polis və mülki vətəndaşlar arasında təkrar baş vermiş toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə deputat, “Erməni Milli Konqres” müxalifət fraksiyasının üzvü Nikol Paşinyan bildirib.

“Vətəndaşlar ara yollarla mühafizə olunan əraziyə keçməyə cəhd edərkən polis əməkdaşları ilə toqquşma baş verib. Nəticədə dörd polis xəsarət alıb, onlar xəstəxanaya aparılıblar. İlkin məlumata görə, yaralar odlu silahla yetirilməyib. Bu insanlar polisi daş-qalaq ediblər”, - deyə Nikol Paşinyan bildirib.

İrəvan polisinin rəisi Aşot Karapetyan bildirib ki, insident nəticəsində saxlanılan yoxdur: “Polislər xəstəxanaya çatdırılıblar. Təhrikçilər vəziyyəti gərginləşdirməyə cəhd ediblər”.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm