• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Yunanların Şimali Kiprə hücum PLANI

  • Dünya
  • 20 İyul 2016 05:41
  • 868 Baxış
Yunanların Şimali Kiprə hücum PLANI

Cənub Kiprin Demokratik Səfərbərlik Partiyasından olan keçmiş millət vəkili Hristos Rotsas Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar qalmaqallı bir bəyanat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, hərbi çevriliş gecəsi böyük bir fürsətin qaçırıldığını deyib.

“Əsir Kipr 42 il əli-ayağı bağlı şəkildə passiv oturmasaydı, dünən gecə bəlkə də Kiprin gecəsi olacaqdı. Atillaya hücum edə bilərdik. Türkiyədəki hərbi çevrilişə cəhd edildiyi gün böyük bir fürsət qaçırıldı”, - keçmiş millət vəkili sosial şəbəkədəki səhifəsində paylaşıb.

Hristos Rotsas sosial şəbəkədə yazdığı statusu “Politis 107.6” adlı radioya şərh edib: “Fürsət yarananda istifadə etmək üçün bu 42 ildə hazırlaşmalı idik. Həmin gecə türk işğal ordusuna basqın edə bilərdik, 43 min türk əsgəri əsir alına bilərdi. Ancaq bunun üçün Kipr hazır olmalı idi. Əlimizdə 43 min türk əsgəri olsaydı, Türkiyə hər hansı bir addım atmağa cəhd edə bilməyəcək və bizim ordumuz Girne sahillərinə çatanda Türkiyə məğlub olacaqdı. Türklər iki-üç günlük bombardmanla kifayətlənərdi”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>