Uşaqlarını 28 min dollara satan valideynlər tutuldu
Bizi izləyin

Dünya

Uşaqlarını 28 min dollara satan valideynlər tutuldu

Moskva polisi öz uşaqlarını satmaq istəyən ər-arvadı tutub. Həmin ailə Özbəkistandandır.

Moskva polisi öz uşaqlarını satmaq istəyən ər-arvadı tutub. Həmin ailə Özbəkistandandır.

İstintaq Komitəsinin sözçüsü aprelin 8-də jurnalistlərə deyib ki, bu ailə özünün 18 aylıq oğlunu və yenicə anadan olmuş qızını 1 milyon rubla, yəni təxminən 28 min dollara satmaq istəyib.

Bu ər-arvad aprelin 7-də Vidnoyedə həbs olunub. Onları 10 iləcən həbs cəzası gözləyə bilər.

Bu, son aylar öz uşağını satmaq istəyən ilk özbək qadın deyil. Fevral ayında da Rusiyanın Sankt-Peterburq şəhərində 2 özbək qadın həbs olunmuşdu.

Onlar yenicə anadan olmuş uşağı 80 min rubla, yəni 2 min 250 dollara satmışdılar. Ancaq “alıcı” xüsusi əməliyyat həyata keçirən polis zabiti çıxdı.

/Azadlıq Radiosu/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm