Türkiyəyə zərbə: Kredit reytinqi aşağı salınır
Bizi izləyin

Dünya

Türkiyəyə zərbə: Kredit reytinqi aşağı salınır

“Mudis” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini aşağı sala bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blumberq” agentliyi yayıb. “Mudis” Ankaranın kredit reytinqini “Baa3” səviyyəsinə endirməyi planlaşdırır.

Bu isə ən aşağı investisiya təbəqəsi hesab edilir. Qeyd edək ki, Türkiyədə baş tutmayan hərbi çevrilişdən sonra ekspertlər bunun ölkə iqtisadiyyatına da təsir göstərəcəyini bildiriblər. Onların fikrincə, bu cəhd müəyyən problemlər yaradacaq və daha çox ölkəyə xarici investisiyaların cəlb edilməsində öz təsirini göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm