Siirtdə PKK bombası: 1 şəhid, 2 ağır yaralı - VİDEO
Bizi izləyin

Dünya

Siirtdə PKK bombası: 1 şəhid, 2 ağır yaralı - VİDEO

Türkiyənin Siirt vilayətinin Şirvan mahalında terror aktı törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kənd mühafizəçiləri torpağa basdırılmış partlayıcını zərərsizləşdirmək istəyərkən PKK terrorçuları tərəfindən pultla partladılıb.

Partlayış nəticəsində 1 kənd mühafizəçisi şəhid olub, 2-si ağır yaralanıb.

PKK-çıların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başlanıb.

Ömər Dağlı

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm