Sarkisyandan girovlarla bağlı əmr
Bizi izləyin

Dünya

Sarkisyandan girovlarla bağlı əmr

Ermənistan prezidenti Serj Sarkisyan polis-patrul alayının binasını tutan silahlı qrupun əlindəki girovlarla bağlı tapşırıq verib.

Publika.az xəbər verir ki, “Qraparak” qəzeti Sarkisyanın Ermənistan polisinin rəisi Vladimir Qasparyana hadisənin baş verdiyi əraziyə getməməyi əmr edib.

“Hadisə başlayan gündən indiyə qədər Qasparyan ərazidə görünməyib. Əldə etdiyimiz məlumata görə, buna səbəb Sarkisyanın əmridir. Belə ki, Sarkisyan Qasparyana şəxsən əmr edib ki, vəziyyəti kəskinləşdirməsin və ərazidə görünməsin. Prosesləri kənardan idarə etsin. Qasparyanın əvəzinə onun birinci müavini Unan Poqosyan ərazidədir. Yeri gəlmişkən, müəyyən dairələr polis rəisinin istefaya göndərildiyini də deyirlər. Lakin bizim mənbələr hələlik bunun baş vermədiyini deyir”, - deyə qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm