NATO ölkəsi Tehrana "GİRDİ" – FOTOLAR
Bizi izləyin

Dünya

NATO ölkəsi Tehrana "GİRDİ" – FOTOLAR

Yaxın zamanlarda Sloveniyanın İranda səfirliyi fəaliyyətə başlayacaq.

Publika.az xarici mediaya istindən xəbər verir ki, bu barədə İranın Lyüblianadakı səfiri Mürtəza Dərzi Ramendi Sloveniyanın baş nazirinin müavini və xarici işlər naziri Karl Erjaveclə görüşü zamanı bildirib.

Səfir deyib ki, hazırda İran tərəfi bu istiqamətdə müvafiq işlər aparır.

Avropanın İrana qarşı sanksiyaların yumşaldıldığını vurğulayan diplomat İranın bu münasibətlər çərçivəsində əməkdaşlığı daha da genişləndirəcəyini söyləyib.

Nazir Karl Erjavec isə bildirib ki, Sloveniya bütün sahələrdə İranla əməkdaşlığa hazırdır.

O, səfirliyin açılması və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı yaxın zamanlarda Tehrana səfər edəcəyini söyləyib.

Xatırladaq ki, Sloveniya 2004-cü ildə Avropa Birliyinə və NATO-ya üzv qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm