Türkiyədən Qarabağa qədər: Ermənistandakı “üsyan”ın arxasında nə dayanır?
Bizi izləyin

Dünya

Türkiyədən Qarabağa qədər: Ermənistandakı “üsyan”ın arxasında nə dayanır?

Son günlər medianın diqqətində olan hadisələrdən biri Yerevandakı “üsyan”dır. Polis bölməsini tutan silahlılar iyulun 17-dən bu yana təslim olmaq istəmirlər.

Publika.az xəbər verir ki, “Slon.ru” saytında “Türkiyədən Qarabağa qədər: Ermənistandakı “üsyan”ın arxasında nə dayanır?” başlıqlı məqaləsində erməni paytaxtında baş verən hadisələrə toxunub.

Mixail Tişenkonun müəllifi olduğu həmin məqaləni təqdim edirik.

İyulun 17-də silahlı insanlar qrupu Yerevanda polis bölməsini tutdular. Onlar yük maşınının köməyi ilə qapıları sındıraraq polislərdən birini vurdular və qalanlarını girovlar götürdülər.

Silahlılar Qarabağ müharibəsinin veteranı və yaxın vaxtlarda həbs edilmiş müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. Hakimiyyət tələbə rədd cavabı verdi. Erməni müxalifətinin radikal hissəsi aksiyanı “silahlı üsyan”ın başlanğıcı adlandıraraq onu dəstəklədi.

Girovları kim tutdu?

Özünü “Sasna Srer” (“Məğlubedilməz sasuns”) adlandıran qrupun təxminən 25 üzvü, həmçinin Qarabağ müharibəsinin veteranları polis bölməsinə hücum edib. Məlumatlara görə, onlar yaxşı silahlanıb və təslim olmaqdan imtina edirlər.

Hücum edənlər “Təsisedici parlament” müxalifət hərəkətının tərəfdarlarıdır. “Təsisedici parlament” bir neçə il əvvəl Jirayr Sefilyanın iştirakı ilə yaradılıb. Onun nümayəndələri rejimin dəyişdirilməsi üçün təbliğatın aparıldığı aksiyaları təşkil edir, bütün ölkə üzrə müqavimət mərkəzlərinin yaradılması və alternativ hakimiyyət orqanlarının formalaşdırılması barədə çağırırışlar edirlər.

Məlumata görə, hərəkətin tərəfdarları döyüş sursatlarının qanunsuz dövriyyəsi və kütləvi qarışıqlıqlara hazırlıqlar da daxil olmaqla bir neçə dəfə müxtəlif ittihamlar üzrə həbs ediliblər. Ermənistanın Milli Təhlükəsizlik Xidməti polis bölməsinə hücum edənləri terrorçu adlandırıb.

Jirayr Sefilyan Livanın paytaxtı Beyrutdan gəlmədir və “Daşnaksutyun” erməni partiyasının yerli bölməsinin fəalıdır. 1990-cı illərin əvvəllərində Ermənistana hərbi təlimatçı kimi gəlib və Şuşa şəhərinin işğalı üzrə döyüşlərdə iştirak edib. Daha sonra separatçı “Dağlıq Qarabağ Respublikasının ordusu”nda xidmət edən Jirayr Sefilyan müharibədən sonra siyasətlə məşğul oldu. Bir neçə dəfə həbsdə olub.

Hakimiyyət necə cavab verdi?

Silahlılar tərəfindən tutulan bina mühasirəyə alınıb. Erebuni rayonuna giriş məhdudlaşdırılıb. Əraziyə polis və daxili qoşun bölmələri, həmçinin zirehli texnika cəlb edilib. Yaxındakı evlərin sakinləri təxliyyə edilib.

Ermənistan polisinin iki müavini də daxil olmaqla bir neçə girov azad edilib. Hazırda bölmədə 4 polis qalır.

Yerevan və başqa şəhərlərdə (xüsusi halda, Gümrü və Vanadzor) müxalifətçilərin kütləvi həbsləri həyata keçirilib. Həbs olunanlar polis bölməsini tutan qruplaşma və “Təsisedici parlament”də iştirakda ittiham olunurlar. Polis təxminən iki yüz nəfəri saxlayıb. Məlumatlara görə, 18 iyulda onlardan təxminən 50 nəfəri buraxılıb.

Hücum üçün səbəb olaraq Sefilyanın həbsi göstərilir. Amma demək çətindir ki, Sefilyanın silahdaşları onu girovlara dəyişməyi bacaracaq. Jurnalist Ayk Xalatyanın fikrincə, “Təsisedici parlament”in nümayəndələri onun həbsindən sonra özləri üçün təhlükə hiss etdilər və mümkündür ki, önləyici addımlar atırlar.

Polis bölməsinin tutulmasından sonra “Təsisedici parlament” elan etdi ki, bu, qiyamın başlanğıcıdır. “Əziz həmyerlilər, biz ölkədə yaranmış vəziyyəti nəzərə alaraq növbəti nəsillər üçün azad və ləyaqətli gələcəyi təmin etməyə qərar verdik. Biz silahlı üsyana başlayırıq”, – sosial şəbəkələrdə onun liderlərindən biri olan Varujan Avetisyan yazıb.

Son illər ərzində erməni müxalifəti bir neçə dəfə “Meydan” təşkil etməyə çalışdı. Hərçənd onun tərəfdarları arasında daha çox müharibə veteranları təşkil edirdi. Etiraz aksiyalarının hədəfi silahlı üsyandan daha çox hakimiyyətə təzyiq idi.

Xalatyanın sözlərinə görə, Ermənistanda hakimiyyətdən narazılığın səviyyəsi yüksəkdir, amma yalnız bəziləri radikal müxalifətçiləri, həmçinin onların hakmiyyətin dəyişməsi üzrə reseptlərini dəstəkləyirlər. “Ölkə qonşu Azərbaycanla müharibə vəziyyətindədir. İnsanlar bu şəraitdə ölkədə daxili siyasət sarsıntılarına getmək istəmirlər”, - jurnalist qeyd edib.

Türkiyədəki hərbi çevriliş cəhdi: təsadüf, yoxsa...

Ermənistanda “üsyan”ın başlanması haqqında elan qonşu Türkiyədə baş tutmayan hərbi çevrilişdən sonra verildi. Bəziləri bunu təsadüfi hesab etmirlər. Politoloq Andrey Buzarovanın fikrincə, erməni müxalifətçiləri əlavə diqqəti cəlb etmək üçün sadəcə səbəb kimi Türkiyədəki hərbi çevriliş cəhdindən istifadə edə bilərdilər.

“Üsyan”ı Qarabağ münaqişəsi üzrə danışıqlarla bağlayan konspiroloqlar da var. Azərbaycan mətbuatının yazdığına görə, “üsyan” münaqişənin nizama salınması üzrə danışıqlarda Yerevanın mümkün güzəştlərinə mane olmaq cəhdidir. Bu baxımdan Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktı xatırlanır.

Sefilyan və onun tərəfdarları bir neçə dəfə hakimiyyəti torpaqları Azərbaycana qaytarmaq niyyətində ittiham edib. Aprel ayının əvvəlində Azərbaycan ordusu təmas xəttində strateji mövqelərin bir hissəsini tutdu. Müxalifətçi bildirdi ki, “bütövlüyün bərpası” üzrə Qarabağda qeyri-rəsmi əməliyyatı təşkil etməyə hazırdır. Sefilyanın tərəfdarları iddia edirlər ki, hakimiyyət onu təcrid etməyi üstün tutdu.

“Ərazilər təslim ediləcəyi halda insanlar küçələrə çıxacaqlar. Bu tək məsələdir ki, bütün erməni cəmiyyətini birləşdirir”, - Ayk Xalatyanın bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm