Tramp: “Türkiyəyə ağıl vermək lazım deyil”
Bizi izləyin

Dünya

Tramp: “Türkiyəyə ağıl vermək lazım deyil”

“Vaşinqton yalnız o müttəfiqlərinə kömək etmək niyyətindədir ki, öz öhdəliklərini yerinə yetirirlər”.

Publika.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində deyib.

Milyarder bildirib ki, ABŞ-ın partnyorları Vaşinqtonun comərdliyindən istifadə etməyi dayandırmalıdır.

“The New York Times” nəşrinin müxbiri Trampdan Rusiyanın hücum edəcəyi halda ABŞ-ın NATO üzrə müttəfiqlərinə yardım edib-etməyəcəyini soruşub. “Əgər onlar bizim qarşımızda götürdüyü öhdəlikləri yerinə yetirirlərsə, onda cavab bəllidir”, - o, deyib.

Eyni zamanda, prezidentliyə namizəd bildirib ki, ABŞ başqa ölkələrə ağıl vermək hüququna malik deyil: “Baxın, bizim ölkəmizdə nələr olur. Biz necə mühazirə oxuyacağıq ki, insanlar ölkəmizdə polisləri soyuqqanlılıqla öldürürlər?”

Tramp əminliyi ifadə edib ki, Birləşmiş Ştatlar başqa dövlətlərin davranışını dəyişmək cəhdlərinə qədər özündə vəziyyəti düzəltməlidir. Xüsusi halda, milyarder çevriliş cəhdindən sonra aparılan təmizləmələrə görə, Türkiyəyə ağıl verməyə hazırlaşmadığını qeyd edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabrda olacaq. Demokratlar Partiyasından Hillari Klinton Trampın rəqibidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm