Həmas gizli tunelin qapılarını insanlara açdı – VİDEO
Bizi izləyin

Dünya

Həmas gizli tunelin qapılarını insanlara açdı – VİDEO

Həmasın silahlı qanadı sayılan “İzzettin Əl Qəssam” briqadası İsrailin “Qoruyucu Xətt Əməliyyatı” adını verdiyi 2014-cü ildə baş verən Qəzza müharibəsinin 2-cü ildönümü münasibətilə xüsusi sərgi hazırlayıb.

Publika.az “Yediot Ahronot” qəzetinə istindən xəbər verir ki, Həmas sözügedən sərginin keçirilməsi üçün İsraillə sərhəddə yerləşən bir tuneli məkan seçib. Bununla da həmin tunelin qapıları ilk dəfə olaraq insanların üzünə açılıb.

Qəzet yazır ki, çox dərin olmayan sözügedən tuneldən zaman-zaman İsrail hərbiçilərinə qarşı istifadə olunub. Tuneldə elektrik xətti və işıqlandırma da mövcuddur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm