Moskvada azərbaycanlı sürücünü öldürənlər ata və oğlu imiş - VİDEO
Bizi izləyin

Dünya

Moskvada azərbaycanlı sürücünü öldürənlər ata və oğlu imiş - VİDEO

Şeş-Beş" restoranlar şəbəkəsinin sahibi, tanınmış biznesmen Qeys Məmmədovun azərbaycanlı sürücüsünün güman edilən qatillərinin adı məlum olub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada osetin icmasının başçısı Valeri Kabolov və onun oğlu saxlanılıb.

Məlumata görə, Valeri Kabolov və onun 24 yaşlı oğulu İnal qətldə şübhəli bilinir. Daha əvvəl iki şübhəlinin saxlanıldığı bildirilsə də onların adları açıqlanmamışdı.

İstintaqın versiyasına görə, məhz Kabolov öz oğlu ilə birlikdə Gürcüstan sakininin qətlini təşkil edib.

Xatırladaq ki, sürücünün torbaya qoyularaq atılan cəsədi 9 iyulda Moskva çayında aşkarlanıb. Azərbaycanlı sürücünün başından güllələnərək qətlə yetirildiyi, daha sonra torbaya qoyularaq Moskva çayına atıldığı bildirilib.

İstintaqdakı mənbənin verdiyi məlumata görə, Qeys Məmmədova son zamanlar kriminal aləmdən olan şəxslərin təzyiqi artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm