Britaniyada İŞİD haqqında film çəkiləcək
Bizi izləyin

Dünya

Britaniyada İŞİD haqqında film çəkiləcək

Britaniyalı rejissor, ssenarist və prodüsser Piter Kozminski “İslam dövləti” (İŞİD) terror qruplaşması haqqında bədii film çəkəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, filmin çəkilişi ilə “National Geographic Channel” və “Channel 4” telekanalları məşğul olacaq.

Filmdə İŞİD-ə qoşulmaq üçün Suriyaya yola düşən Böyük Britaniya vətəndaşlarının taleyindən danışılacaq.

“Piterin ssenarisində İŞİD-in gənc döyüşçülərinin tarixinə bizə lazım olan cəsarətli yanaşma var. O, bizə müasir dövrün ən təhlükəli hadisələrindən birini diqqətlə başa düşməyi təklif edir”, - “National Geographic Channel”ın icraçı prosüderi Kerolayn Bernstayn deyib.

Film 2017-ci ildə nümayiş olunacaq. Filmin aktyorları hələ elan edilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm