• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

CİA-Gülən-Saakaşvili işbirliyi üzə çıxdı – ŞOK FAKTLAR

  • Dünya
  • 22 İyul 2016 12:35
  • 2 458 Baxış
CİA-Gülən-Saakaşvili işbirliyi üzə çıxdı – ŞOK FAKTLAR

“Cənubi Qafqazda nurçular Mixael Saakaşvilinin prezidentliyi dövründə güclənməyə başlayıb”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın aparıcı media orqanlarında sensasion xəbərlər dərc olunub.

Rusiya mətbuatı yazır ki, Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin hazırda ABŞ-da gizlənən Fətullah Gülənlə yaxın münasibətləri olub.

“Hələ bir neçə il öncə Gürcüstanda nurçular tərəfindən yeni məktəb-liseyin açılışı olmuşdu. Həmin açılış mərasiminə sabiq prezident Mixael Saakaşvili ilə yanaşı Türkiyənin o dövrdə dövlət naziri olmuş Hayati Yazıcı və digər rəsmi şəxslər qatılmışdı. Açılış zamanı Mixael Saakaşvili söylədiyi çıxışında nurçulara və Fətullah Gülənə açıq şəkildə dəstək verdiyini bəyan etmişdi. Təsadüfi deyil ki, Gürcüstanda fəaliyyət göstərən Fətullah Gülənə məxsus məktəblər və digər qurumların əksəriyyəti məhz Saakaşvilinin prezidentliyi dövründə açılıb. Bunun nəticəsidir ki, bu gün Gürcüstanda Fətullah gülənə məxsus xeyli sayda məktəblər, universitetlər, media təşkilatları və müəssisələr mövcuddur”, - deyə yazıda qeyd edilir.

Rusiya mediası xatırladır ki, Gürcüstandan fərqli olaraq, bu gün MDB ölkələri arasında Azərbaycanda, Ermənistanda, Özbəkistanda və Rusiyada Fətullah Gülənə məxsus təşkilatlar qalmayıb: “Rusiya hökuməti 2008-ci ildə Fətullah Gülənə məxsus məktəblərdə ABŞ kəşfiyyatının casuslarını aşkar etdiyi üçün, bağladı. Həmin vaxtı Fətullah Gülənin Rusiyadakı məktəblərində çalışan bir sıra müəllimlər isə həbs olundu. Oxşar hadisələr Özbəkistanda da yaşandı. Azərbaycanda isə nurçuların üzvü olan 17 nəfər tutuldu. Bütün bunlar onu göstərir ki, Fətullah Gülənin gələcək planları heç də dinc və təhsil vermək məqsədi daşımır. Əslində, Fətullah Gülən ABŞ-ın planlarını yerinə yetirir. Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) adamı olduğu üçün Fətullah Gülənlə ortaq mövqeyə malik olub”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>