Dünya
Əsgərlərdən tapılan dollarların sirri - Gülən dua oxuyubmuş
Məlum olduğu kimi, Türkiyədə 15 iyul hərbi çevrilişə
cəhddən sonra aparılan əməliyyat nəticəsində Türk Silahlı
Qüvvələrindən çox sayda əsgər saxlanılıb. Onlardan bəziləri
məhkəməyə çıxarılaraq barələrində həbs hökmü
verilib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,
saxlanılan əsgərlərin üzərində müəyyən hərflərlə işarələnmiş bir
dollarlıq əskinaslar aşkarlanıb. İddia olunur ki, Fətullah Gülən bu
pullara dua oxuyub. Polislərin apardığı əməliyyat nəticəsində
dollar üzərindəki hərflərin “darbeci” əsgərlərin rütbələrini
göstərdiyi öyrənilib.
Belə ki, üzərində “F” hərfi olan dollarlar Fətullah Gülənə yaxın
rütbəlilərə verilib. Üzərində “J” və “C” işarəsi olanlar isə daha
alt rütbə daşıyıcıları olub. İddiaya görə, “darbeci” əsgərlər
bir-birlərini bu işarələr vasitəsilə tanıyıblar.
Polis tərəfindən aşkarlanan pullar ədliyyə orqanlarına göndərilib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB