Daxili işlər naziri Fətullah Gülən üçün ABŞ-a gedir
Bizi izləyin

Dünya

Daxili işlər naziri Fətullah Gülən üçün ABŞ-a gedir

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və daxili işlər naziri Efkan Ala gələn həftə ABŞ-a gedəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda enerji naziri Berat Albayrak deyib.

Türkiyə hərbi çevrilişə cəhddə ittiham etdiyi FETÖ lideri Fəthullah Gülənin ekstradisiyası üçün ABŞ-a Prezident Administrasiyası, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi səviyyəsində müraciət edib və onun çevriliş cəhdini təşkil etdiyini göstərən dəlilləri göndərib. Bundan başqa Türkiyə ABŞ-dan Fəthullah Gülən qaytarılana qədər onun 60 günlük həbs olunmasını tələb edib. Vaşinqtondan verilən məlumata görə, müraciət hazırda qiymətləndirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm