Türkiyədə İKİNCİ HÜCUM: Sui-qəsdlər dövrü başlayır?
Bizi izləyin

Dünya

Türkiyədə İKİNCİ HÜCUM: Sui-qəsdlər dövrü başlayır?

Türkiyədə dövlət çevrilişi planı baş tutmayandan sonra FETÖ-nun “sui-qəsd planları”nı işə saldığı deyilir.

Publika.az xəbər verir ki, F.Gülənin tərəfdarlarına yeni təlimatlar verməsi haqda məlumatlar yayılıb.

Məlumata görə, iyulun 15-də Gülən tərəfdarları şifrəli kodla Pensilvaniyaya “çevriliş planı uğursuz oldu, nə edək?” sualını göndərib.

Pensilvaniyadan gələn cavab isə belə olub: “Ordu içində de-şifrə olunmayanlar hərəkətə keçsin. Hər kəs öz bölgəsində önəmli adamlara qarşı sui-qəsd etsin”.

Bu məlumatlar ortaya çıxandan sonra Türkiyə kəşfiyyatı bütün ölkə üzrə hərəkətə keçiblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm