Qiyamçılar bütün girovları AZAD ETDİ
Bizi izləyin

Dünya

Qiyamçılar bütün girovları AZAD ETDİ

İrəvanda polis binasını ələ keçirən şəxslər yeddi gündən sonra qalan sonuncu iki girovu da azad ediblər.

Publika.az xəbər verir ki, sonuncu girovlar Ermənistan polis rəisinin müavini, general-mayor Vartan Yeqizaryan və İrəvan üzrə polis idarəsinin rəis müavini, polkovnik Valeri Ospiyan olub.

Qeyd edək ki, qiyamçılar “Yeni Ermənistan” hərəkatının həbsdə olan lideri Jirayr Sefilyanın azad olunmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirdilər. Bu gün səhər saatlarında isə onlar son şərt kimi mətbuat konfransı keçirmələrinə icazənin verilməsini irəli sürmüşdülər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm