Türkiyənin yeganə qadın hərbi pilotu həbs olundu - FOTO
Bizi izləyin

Dünya

Türkiyənin yeganə qadın hərbi pilotu həbs olundu - FOTO

Sabiha Gökçendən sonra Türkiyə tarixində ikinci, hazırda yeganə qadın hərbi pilotu olan Kerime Kumaş həbs olunub.

İyulun 15-i gecəsində Türkiyədə hərbi çevrilişə cəhd əsnasında İstanbul səmasında uçan 3 F-16 qırıcı təyyarələrindən birinin pilotunun məhz K.Kumaş olduğu aşkarlanıb. O, digər iki F-16 qırıcılarının pilotları Hasan Kara və Tuncay Yıldırım ilə birlikdə Yalovada həbs olunub.

Kerime Kumaş 2010-cu ilin yanvarın 26-da İzmirdəki Çığlı 2-ci Əsas Qırıcı Aviabazasında uçuş təlimlərini başa vuran 48 hərbi pilotdan biri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm