İsveçrə Şimali Koreyaya saat ixracını qadağan etdi
Bizi izləyin

Dünya

İsveçrə Şimali Koreyaya saat ixracını qadağan etdi

İsveçrə hökuməti Şimali Koreyaya saat ixracını dayandırıb.

Şimali Koreya lideri Kim Jong dəyəri yüz min dollarla ölçülən İsveçrə saatlarına olan həvəsi ilə tanınır.

Bundan əvvəl BMT nüvə və ballistik raket proqramı səbəbi ilə Şimali Koreyaya qiymətli məhsulların satışını qadağan eləmişdi.

Kim Jong özü İsveçrədə təhsil alıb.

Cənubi Koreyada çıxan Joong Ang Daily qəzeti yazır ki, İsveçrə Saat İstehsalçıları Federasiyası Şimali Koreyaya saat ixracının tamamilə dayandırıldığını təsdiqləyib.

Özünə və hədiyyə olaraq hakim partiya üzvlərinə İsveçrə saatı aldığı bildirilən Kim Jong-un 2012-ci ildə bir saata 220 min dollar ödədiyi iddia olunurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm